De Byazi millimizdən ayrılır?

4 Avqust 2021 13:20 Milli komanda 1 307
De Byazi millimizdən ayrılır?

Millimizin çalışdırıcısı Canni De Byazi Ukrayna yığmasının baş məşqçi vəzifəsinə namizədlər siyahısına daxil edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə əcnəbi namizədlər sırasında italiyalı mütəxəssislə yanaşı, Yurgen Klinsmann da var.

Ukrayna Futbol Federasiyası yerli məşqçilər Sergey Rabrov və Miran Markeviçlə birgə, sözügedən əcnəbi çalışdırıcıların da namizədliyinə baxır.

Qeyd edək ki, Andrey Şevçenko avqustun 1-i Ukrayna millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM