Millimiz “Aviva”da - Yerli hökumət 50 faizə icazə verdi

26 İyul 2021 23:20 Milli komanda 674
Millimiz “Aviva”da - Yerli hökumət 50 faizə icazə verdi

DÇ-2022-nin seçmə mərhələsində sentyabrda iki ev oyunu keçirəcək İrlandiya millisinin matçlarına tamaşaçı buraxılacaq.

Sportinfo.az xəbər verir ki, yerli hökumət koronavirus pandemiyası ilə əlaqədar tribunalara məhdud sayda azarkeş buraxılmasına icazə verib.

A qrupunda sentyabrın 4-də Azərbaycan, 7-də isə Serbiyanı qəbul edəcək Stefen Kenninin komandasını dəstəkləmək üçün Dublindəki “Aviva” stadionuna 50 faiz tamaşaçı buraxılacaq.

Komandanın ev oyunlarını keçirdiyi adıçəkilən arena 51 min 700 tamaşaçı tutumuna malikdir.

İrlandiya yığması ev görüşlərindən əvvəl sentyabrin 1-də Portuqaliyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti