“Azərbaycanla matçı səbirsizliklə gözləyirik, çox həyəcanlıyıq”

25 İyul 2021 23:40 Milli komanda 1 012
“Azərbaycanla matçı səbirsizliklə gözləyirik, çox həyəcanlıyıq”

“Danimarka yığmasının AVRO-2020-dəki parlaq çıxışı bizə ilham verə bilər”.

Sportinfo.az xəbər verir ki, bunu DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan ilə eyni qrupda yer alan İrlandiyanın baş məşqçisi Stefen Kenni deyib.

50 yaşlı mütəxəssis yarışa uğursuz başlanğıc etsələr də, vəziyyəti dəyişəcəklərinə inanır:

“Heyətimizdə çox sayda istedadlı gənc var. Düşünürəm ki, AVRO-2024-də final mərhələsinə yollana bilərik.

DÇ-2022-nin seçmə mərhələsinə uğursuz start götürsək də, ümidimizi itirmirik. Xüsusən də, sentyabrda doğma azarkeşlərimiz önündə Azərbaycan və Serbiya ilə keçirəcəyimiz matçları səbirsizliklə gözləyirik.

Yaxşı heyət formalaşdırmışıq. Sentyabrdakı oyunlar öncəsi çox həyəcanlıyıq”.

Sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq İrlandiya yığması ayın 4-də Azərbaycanı, üç gün sonra isə Serbiyanı Dublindəki “Aviva” stadionunda qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti