
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Lüksemburq, İrlandiya və Serbiyaya qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.
Sportinfo.az xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla matç saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da start götürəcək.
3 gün sonra İrlandiya ilə duel saat 20:00-da Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək. Oktyabrın 12-də Serbiya ilə görüş isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda olacaq.