"İndi Ozobiçin daha çox milliyə faydalı olmasını düşünürəm, nəinki bizdə…"

22 İyul 2021 00:42 Milli komanda 648
"İndi Ozobiçin daha çox milliyə faydalı olmasını düşünürəm, nəinki bizdə…"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov xorvatiyalı futbolçu Filip Ozobiçin Azərbaycan millisinə cəlb edilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 30 yaşlı yarımmüdafiəçi ilə bu məsələ haqqında danışdığını söyləyib.

Qurbanov AFFA rəsmiləri ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Milliyə faydalı olmasını istəyirəm. Onsuzda mən neçə illərdir ki, ondan komandam üçün faydalanmağa çalışıram.

Yığmada oynamaq hər oyunçu üçün məsuliyyətdir. İnanıram ki, faydalı olacaq. İndi Ozobiçin daha çox milliyə faydalı olmasını düşünürəm, nəinki bizdə yerli pasportla oynamasını.

Komandamızdan milliyə çox oyunçu gedib. Çalışmışıq ki, hamısı da yaxşı formada getsin. Ozobiçə uğurlar arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi