"De Byazi zəng vurub dedi ki, sən artıq Azərbaycan millisinin üzvüsən"

19 İyul 2021 15:00 Milli komanda 1 612
"De Byazi zəng vurub dedi ki, sən artıq Azərbaycan millisinin üzvüsən"

"Canni De Byazi zəng vurub dedi ki, FIFA yaşıl işıq yandırıb və sən artıq Azərbaycan millisinin üzvüsən.

Daha sonra məni təbrik etdi. Mən isə yığmaya bacardığım qədər kömək edəcəyimə dair ona söz verdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç "Sportske novosti" nəşrinə açıqlamasında FIFA-nın onun Azərbaycan millisində oynamasına razılıq verməsi barədə danışarkən deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Canni De Byazi ilk vaxtlardan onu komandasında görmək istəyib:

"Yazda italiyalı mütəxəssislə görüşdük. Mənim milli komandadakı çıxışmla bağlı planlarını açıqladı. Onun fikrinə hörmətlə yanaşıram".

Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Balkanlı "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!