“FİFA-nın Azərbaycan millisində oynamağıma icazə verəcəyi anı gözləyirdim”

15 İyul 2021 14:40 Milli komanda 993
“FİFA-nın Azərbaycan millisində oynamağıma icazə verəcəyi anı gözləyirdim”

"Bunu dünən eşitdim, mən də bu anı gözləyirdim”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç deyib.

FIFA AFFA-nın adıçəkilən oyunçunun Azərbaycan millisində çıxış etməsinə razılıq verilməsi ilə bağlı müraciətini müsbət cavablandırılıb.

Bununla bağlı qitə futbol qurumundan milli assosiasiyaya müvafiq məktub daxil olub.

30 yaşlı yarımmüdafiəçinin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub. FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, o, yığmanın formasını geyinə bilər.

Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edən balkanlı "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub. O, klub saytına açıqlamasında FIFA-nın onun Azərbaycan millisində oynamasına icazə verməsinə dəmünasibət bildirib:

“Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəm.

Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram.

Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti