FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

14 İyul 2021 18:50 Milli komanda 1 170
FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

FIFA AFFA-nın "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə bağlı müraciətini müsbət cavablandırılıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı bu gün qitə futbol qurumundan milli assosiasiyaya müvafiq məktub daxil olub.

30 yaşlı yarımmüdafiəçinin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub. FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, o, yığmanın formasını geyinə bilər.

Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Futbolçu "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il