Görün, De Byazi nə dedi: "Polşadan mənə zəng gələndə…"

12 İyul 2021 10:40 Milli komanda 1 311
Görün, De Byazi nə dedi: "Polşadan mənə zəng gələndə…"

"Təqribən 3 il öncə Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Bonek mənimlə əlaqə saxladı.

Amma yekunda polşalı mütəxəssisi seçdi".

Sportinfo.az xbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sportowe Fakty" nəşrinə müsahibəsində Polşa yığmasından təklif alması barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis 2017-ci ildə Albaniya yığmasından ayrıldıqdan sonra maraqlı təklif gözlədiyini bildirib:

"Güclü komanda formalaşdıraraq, maraqlı oyunçularla işləmək istəyirdim. Buna görə də Polşadan mənə zəng gələndə sevindim.

Bu ölkədə işləmək mənim üçün yaxşı təcrübə olardı. Amma yığmanın sükanı arxasına keçə bilmədim. Əslində bu, çoxdan olub. Ona görə indi bu məsələni müzakirə etmək mənasızdır".

Canni De Byazi ötən ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti