Azərbaycan millisinin ilk iki matçının yeri dəqiqləşdi

10 İyul 2021 23:20 Milli komanda 2 076
Azərbaycan millisinin ilk iki matçının yeri dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsindəki ilk iki matçın yeri dəqiqləşib.

Sportinfo.az xəbər verir ki yığmamız turnirə sentyabrda keçiriləcək səfər oyunları ilə start verəcək.

Milan Obradoviçin yetirmələri ayın 2-də Xorvatiya ilə üz-üzə gələcək. Bu görüş Velika Qoritsada baş tutacaq.

Şəhər stadionundakı qarşılaşmanın vaxtı da bəllidir. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həm də “Radnik” stadionu kimi tanınan bu idman qurğusu 5200 tamaşaçı tutur.

Millimiz 5 gün sonra Avstriyanın qonağı olacaq. Qarşılaşma Rid in İnnkreys şəhərindəki “Keyne Sorqen Arena”da keçiriləcək. Bu arena 7600 tamaşaçı tutumuna malikdir.

Digər Xəbərlər
Xəbər Lenti