Yığmamız Tailandı arxada qoyacaq, Syerra-Leone və Estoniyadan geri qalacaq

8 İyul 2021 23:40 Milli komanda 683
Yığmamız Tailandı arxada qoyacaq, Syerra-Leone və Estoniyadan geri qalacaq

FİFA milli komandaların növbəti reytinqini avqustun 12-də açıqlayacaq.

Sportinfo.az xəbər verir ki, əksər yığmaların mövqeyi indidən müəyyənləşib.

Bu, cədvəllə bağlı təxmini siyahıya əsasən mümkün olub. Azərbaycan yığmasının xalı və yeri də dəqiqləşib.

Millimiz hesabat dövründə üç matça çıxıb. Türkiyəyə 1:2 hesabı ilə uduzan, Belarusu eyni hesabla üstələyən Canni de Byazinin yetirmələri Moldovaya məğlub olub – 0:1.

Bu nəticələr mayın 27-də açıqlanan son reytinq cədvəlində 1169 xalla dünyanın 110-cusu olan Azərbaycan yığmasına təsirsiz ötüşməyib. Komandamız üç qarşılaşmada üç xal itirib.

Yeni cədvəldə millinin aktivində 1166 xal olacaq. Bu, itki mövqeyimizə də təsir edəcək.

Yeni cədvəldə yığma 111-ci sırada qərarlaşacaq. Bir addımlıq geriləmə bir neçə yığmanın yerdəyişməsi ilə bağlıdır.

Komandamız Tailandı arxada qoyacaq. Əvəzində Syerra-Leone və Estoniya da millimizi keçəcək.

AVRO-2020-nin uğursuzu olan Türkiyə 11 pillə geriləyəcək. 1464 xala malik “ay-ulduzlular” 40-cı sırada qərarlaşacaq.

Təxminlərə əsasən, Belçika 1858 xalla 1-ci sıradakı mövqeyini qoruyacaq. Braziliya (1814) ikinci sıranı Fransadan (1762) alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"