"Onun millinin baş məşqçi postuna namizədliyini nəzərdən keçirmişik"

7 İyul 2021 21:00 Milli komanda 1 418
"Onun millinin baş məşqçi postuna namizədliyini nəzərdən keçirmişik"

Hazırda "Dinamo"ya (Tbilisi) rəhbərlik edən Kaxaber Sxadadze vaxtilə Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "teport"un Tbilisiyə ezam olunmuş əməkdaşına açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov məlumat verib.

"Sxadadze Azərbaycanda çox tanınmış, hörmətli mütəxəssisdir. Vaxtilə onun Azərbaycan millisinin baş məşqçi postuna namizədliyini də nəzərdən keçirirdik. Belə məqamlar da olub", - deyə o vurğulayıb.

Kaxaber Sxadadze Azərbaycanda 2009 - 2014-cü illərdə "İnter" (indiki "Keşlə") komandasının baş məşqçisi olub. 2015-ci ilin martından 2016-cı ilin martınadək Gürcüstan yığmasına rəhbərlik edib.

O, 2021-ci il mayın 27-də Tbilisi "Dinamo"sunun baş məşqçi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"