De Byazinin köməkçisi futbolçulardan şikayətləndi: "Oruc tuturlar, dil bilmirlər"

6 İyul 2021 12:40 Milli komanda 1 036
De Byazinin köməkçisi futbolçulardan şikayətləndi: "Oruc tuturlar, dil bilmirlər"

"Yığmada gördüyümüz əsas iş yerli mentaliteti qorumaqla məşqçi zehniyyətini buraya gətirməkdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Alessandro Skayya ölkəsinin mətbuatına açıqlamasında deyib.

Fiziki hazırlıq üzrə mütəxəssis bildirib ki, ölkə futbolunu inkişaf etdirmək istəyirlər: "Amma ortaya müəyyən çətinliklər çıxır.

"Azərbaycan müsəlman ölkəsi olduğundan futbolçular Ramazan ayında oruc tuturlar. Bu isə əlavə problem yaradır.

Düzdür, klublar özləri vəziyyətə nəzarət edirlər. Amma biz də bəzi məqamları diqqətdə saxlamalıyıq. Məsələn, gün batanadək su içmirlər.

Bu isə risk deməkdir. Digər tərəfdən, dil problemi var. Biz ingiliscə danışırıq. Çoxu bu dili bilmədiyi üçün tərcüməçidən istifadə edirik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!