AFFA-dan millidəki istefaya reaksiya: "Özünün açıqlamasında da var ki..."

5 İyul 2021 19:00 Milli komanda 1 640
AFFA-dan millidəki istefaya reaksiya: "Özünün açıqlamasında da var ki..."

Milli komandamızın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiya mətbuatına açıqlamasında işindən ayrıldığını bildirib.

6 aydır iki yerdə - həm yığmada, həm də Moskva MOİK-ində çalışan təcrübəli mütəxəssisin indi belə qərar verməsi gözlənilməz oldu.

Olmuya AFFA onun milli komanda ilə paralel rusiyada da işləməsinə qarşı olub?

Məsələ ilə bağlı Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bunları deyib:

"Kramarenkonun müqaviləsinin vaxtı bitib. Yeni müqavilə də bağlanmayıb. Özünün açıqlamasında da var ki, qarşılıqlı razılıq əsasında ayrılıb. Görünür, iki yerdə işləmək ona çətindir".

Federasiya rəsmisi onun yerinə yeni təyinatın hələ olmadığını da sözlərinə əlavə edib: "Milli komandada qapıçılarla işləyən məşqçi vəzifəsinə təyinatla bağlı rəsmi məlumat veriləcək. Hələ ki, təyinat yoxdur".

Dmitri Kramarenko bu ilin yanvarından Azərbaycan millisi ilə bərabər SSKA-da da işləyirdi.

2020-ci ildən yığmamızın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"