Azərbaycan yığmasını tərk etdi: Kluba və ailəsinə görə

5 İyul 2021 00:42 Milli komanda 1 159
Azərbaycan yığmasını tərk etdi: Kluba və ailəsinə görə

Millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadakı işindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, o, bunu Rusiyanın "Sport24.ru" saytına açıqlamasında deyib.

Moskva SSKA-sında da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini deyib. O, bundan sonra yalnız klubda işləyəcəyini bildirib:

"Ötən gün bu məsələ ilə bağlı qərar verdim. Artıq yalnız SSKA-da çalışacam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəm.

SSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidir.

Milli komanda mənim üçün əziz olaraq qalır. Mən Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram.

Yəqin ki, bu, doğru qərardır. Baxmayaraq ki, klubda da çox sayda səyahət və məşqlər var, indi ailəmlə daha çox vaxt keçirirəm".

Dmitri Kramarenko bu ilin yanvarından SSKA-da işləyir. 2020-ci ildən yığmamızın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı