Azərbaycan millisinin olmadığı siyahı haqda bildiklərimiz

25 İyun 2021 21:00 Milli komanda 2 281
Azərbaycan millisinin olmadığı siyahı haqda bildiklərimiz

Qrup mərhələsi başa çatan AVRO-2020-də nəinki penta-trik və ya poker, hətta het-trik də qeydə alınmayıb.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmalarına əsasən, Avropa çempionatlarında tarixində 137 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qol vurub.

8 dəfə penta-trik, 23 dəfə poker və 118 dəfə het-trik gerçəkləşib. Bunlardan 129-u seçmə, 8-i final mərhələlərinə təsadüf edib.

İlk belə hadisə 1959-cu il dekabrın 19-da baş verib. Fransalı Jüst Fonten Avstriyaya qənim kəsilib.

Ən sürətli het-trik 44-48-ci dəqiqələrdə fərqlənən türkiyəli Arif Ərdəmə məxsusdur. O, AVRO-2000-də Şimali İrlandiyanı üç dəfə məyus edib.

İrlandiyalı Robbi Kin isə ən erkən het-trikə imza atıb. O, Cəbəllütariqlə AVRO-2016-nın seçmə matçında 18-ci dəqiqəyədək 3 qol vurub.

Het-trikə sevinən yeganə müdafiəçi Kosmin Kontradır. O, Lüksemburqla AVRO-2004-ün seçmə matçında tarixə düşüb.

Polşalı Yanuş Jmievski Avropa çempionatlarında yalnız bir matça çıxıb və həmin görüşdə Belçikaya üç qol vurub.

Bir oyunda 3 və daha çox qol vuran futbolçuların ölkələr üzrə sıralaması da bəllidir. İndiyədək 35 yığmanın futbolçuları bunu bacarıb. Bu ölkələrdən ikisi – ADR və Yuqoslaviya artıq yoxdur.

Bu, o deməkdir ki, hazırda UEFA üzvü olan 55 ölkədən 33-nün oyunçuları het-trik, poker və ya penta-trikə imza atıb. Bu siyahıda Farer adaları, Litva kimi qeyri-futbol ölkələri olsa da, Azərbaycan yoxdur. Ümumiyyətlə millimizin tarixində het-trik edən olmayıb.

Ən çox het-trik Niderland yığmasının payına düşür. “Narıncılar” 12 belə uğura sevinib.

AVRO-1988-dən başlayaraq AVRO-2004-ə qədər ardıcıl 5 turnirdə ən azı bir niderlandlı eyni görüşdə minimum üç qol vurub. 5 çempionatı əhatə edən bu seriya rekorddur.

Sonradan bu göstəricini Rusiya təkrarlayıb. Şimal qonşularımızın AVRO-2004-dən başlayan seriyası davam etməkdədir və AVRO-2024-də mütləq rekorda çevrilə bilər (apasport.az).

yer

ölkə

5

4

3

s

f

Cəmi

1

Niderland

1

1

10

10

2

12

2

İspaniya

4

7

10

1

11

3

İngiltərə

1

8

9

9

4

Almaniya

2

6

6

2

8

5

Portuqaliya

1

6

6

1

7

6

Macarıstan

1

5

6

6

7

Polşa

1

5

6

6

8

Rusiya

2

3

5

5

9

İrlandiya

1

4

5

5

10

İsrail

5

5

5

11

Fransa

4

2

2

4

12

ADR

1

3

4

4

İtaliya

1

3

4

4

14

Danimarka

4

4

4

Rumıniya

4

4

4

Ş.İrlandiya

4

4

4

Avstriya

4

4

4

18

Xorvatiya

1

2

3

3

19

Belçika

3

3

3

Yuqoslaviya

3

3

3

Yunanıstan

3

3

3

Şotlandiya

3

3

3

23

Türkiyə

1

1

2

2

Finlandiya

1

1

2

2

Bosniya H.

1

1

2

2

26

Çexiya

2

2

2

İsveçrə

2

2

2

İsveç

2

2

2

Kipr

2

2

2

30

Uels

1

1

1

31

Farer a-rı

1

1

1

Litva

1

1

1

Gürcüstan

1

1

1

Sloveniya

1

1

1

Ukrayna

1

1

1

Qeyd: 5 – penta-trik, 4 – poker, 3 – het-trik, s – seçmə mərhələ, f – final mərhələsi

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!