"Azərbaycan təslim olmayan, çox sərt və aqressiv komandadır"

25 İyun 2021 12:40 Milli komanda 665
"Azərbaycan təslim olmayan, çox sərt və aqressiv komandadır"

"Bu raundda istənilən komanda ilə oyun bizim üçün çətin olacaq.

Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Mərhələni keçmək istəyiriksə, özümüzə inanmalı və daha diqqətli oynamalıyıq"

Sportinfo.az xəbər verir ki, bu fikirləri çimərlik futbolu üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Ruben Brilxante yerli mətbuata açıqlamasında Azərbaycan ilə keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin 1/4 final oyunu barədə danışarkən deyib.

Portuqaliya - Azərbaycan matçı iyunun 25-də oynanılacaq. 21 yaşlı futbolçu bildirib ki, növbəti raunda adlamaq üçün əllərindən gələni edəcəklər:

"Azərbaycan millisi təslim olmayan komandadır. Çox sərt və aqressiv komandadır.

Meydanda sonadək mübarizə aparır, qələbə üçün bütün güclərini ortaya qoyurlar. Onlardan daha yaxşı oynamalı və keyfiyyət fərqimizi ortaya qoymalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti