Millimiz DÇ-nın seçmə mərhələsində qələbə qazandı

24 İyun 2021 02:24 Milli komanda 791
Millimiz DÇ-nın seçmə mərhələsində qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, qrupun son oyununda Estoniya ilə qarşılaşan komanda 4:3 hesablı qələbə qazanıb.

Avtoqolun qeydə alındığı oyunda millinin digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Fransa və İsveçrə komandaları üz-üzə gələcək.

Fransa millisi oyunun əsas vaxtında rəqibini iki top fərqi ilə məğlub edərsə, komanda mübarizəsini dayandıracaq, əks təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq.

Millimiz növbəti mərhələyə vəsiqə qazanacağı halda 1/4 finalda, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.

A qrupunun qalibi Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti