"Klubun hansı liqada çıxış edəcəyi dəqiq bilinmir"

19 İyun 2021 11:00 Milli komanda 1 757
"Klubun hansı liqada çıxış edəcəyi dəqiq bilinmir"

Ukraynada - "Minay"da çıxış edən Rüstəm Əhmədzadə meta-ratings.com.ua-ya açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı hücumçu "Minay" və Azərbaycan millisindəki çıxışı haqda danışıb:

"Əvvəla, Vasili Kobininn qısa fasilədən sonra komandaya yenidən rəhbərlik etməsi xəbəri məni çox sevindirdi. Bu, çox yaxşıdır, çünki məni "Minay"a o, dəvət edib.

Klubun hansı liqada çıxış edəcəyi dəqiq bilinmir. Buna baxmayaraq, çempionatı səbirsizliklə gözləyirəm.

Mənim üçün ən önəmli amil göz önündə olmaq, performansımla hər kəsi məmnun etməkdir".

Digər Xəbərlər
Xəbər Lenti