Millimiz öncə Portuqaliyaya, sonra Ukraynaya uduzdu

19 İyun 2021 01:52 Milli komanda 932
Millimiz öncə Portuqaliyaya, sonra Ukraynaya uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma ikinci sınağında Ukrayna seçməsi ilə qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Millinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.

Penaltilər seriyasında daha dəqiq oynayan ukraynalılar yekunda 5:4 hesablı qələbə qazanıb.

Azərbaycan millisi ilk oyunda Portuqaliyaya 2:7 hesabı ilə uduzub. Yığma sonuncu matçını bu gün Almaniyaya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”