Millimiz AVRO-2020 iştirakçılarına qarşı - 100 oyunda 5 qələbə

12 İyun 2021 17:20 Milli komanda 458
Millimiz AVRO-2020 iştirakçılarına qarşı - 100 oyunda 5 qələbə

AVRO-2020-nin 24 iştirakçısından 21-i müxtəlif vaxtlarda Azərbaycan yığması ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, yalnız üç komanda – Danimarka, Niderland və Şotlandiya millimizə yaddır.

Qitə çempionatının dörd iştirakçısı – Finlandiya, Slovakiya, Türkiyə, Uelslə daha çox qarşılaşmışıq. Millimiz onların hərəsi ilə 8 dəfə üz-üzə gəlib.

Ümumilikdə, AVRO-2020-nin iştirakçıları və Azərbaycan millisi 10 dəfə qarşılaşıb. Yığmamız cəmi 5 qələbə qazanıb. Millimiz 14 heç-heçə edib və 81 dəfə məğlub olub.

Komandamız yalnız Finlandiya, İsveçrə, Türkiyə, Çexiya və Slovakiya üzərində qələbə qazanıb. Hərəsi ilə görüşlərdə bir dəfə.

Çexiya millimizin şəxsi oyunlarda üstələdiyi yeganə AVRO-2020 iştirakçısıdır. 3 oyunda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət, top fərqi – 3-2.

Qələbə və məğlubiyyət sayında tarazlıqda olduğumuz ikinci komanda İsveçrədir. 1 dəfə uduzub, 1 dəfə uduzduğumuz rəqib top fərqində öndədir – 5:1.

AVRO-2020-nin 5 iştirakçısı ilə 2 görüşdə uduzmamışıq. Çexiya və Türkiyə ilə matçlarda qələbə və heç-heçəsi olan milli Xorvatiya, Rusiya, Şimali Makedoniyanın hərəsi ilə iki sülhə imza atıb.

AVRO-2020-nin dörd iştirakçısına daha çox – 7 dəfə uduzmuşuq. Bunlardan üçü 8 dəfə qarşılaşdığımız Finlandiya, Uels və Slovakiyadır.

Macarıstan bütün matçlarda uduzduğumuz və daha çox qarşılaşdığımız rəqibdir – 7 dəfə.

Daha iki rəqiblə 2 dəfədən çox görüşüb və həmişə uduzmuşuq. Almaniya 6, İtaliya 4 belə qələbə qazanıb.

Millimiz AVRO-2020-nin iştirakçıları ilə 100 oyunda 41 qol vurub və 241-ni buraxıb.

Futbolçularımız Finlandiya, Şimali Makedoniya və Slovakiyaya daha çox 5 qol vurub.

21 komanda arasında qol vurmadığımız rəqib yoxdur.

Millimiz Almaniyadan 24, Polşadan 20, Macarıstandan 19 top buraxıb.

Yığmamıza ən az qol vuran komanda Çexiyadır. Onlar 2 dəfə fərqlənib (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti