“Azərbaycanla oyunda başqa nə etməli idik?"

11 İyun 2021 20:40 Milli komanda 706
“Azərbaycanla oyunda başqa nə etməli idik?"

Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız ötən ay başlanan təlim-məşq toplanışı çərçivəsində sonuncu sınağına çıxıb.

Canni de Byazinin komandası səfərdə Moldova ilə üz-üzə gəlib. Kişinyovdakı qarşılaşma italiyalı məşqçilərin dueli kimi diqqət çəkib.

De Byazinin başçılıq etdiyi milli vaxtilə ölkəmizdə “Neftçi”ni çalışdıran həmyerlisi Roberto Bordinin komandası ilə qarşılaşıb.

Son 4 görüşdə meydanı qolsuz tərk etməyən yığmamız uğurlu seriyanın davamını gətirə bilməyib.

Ev sahiblərinin 8-ci dəqiqədə vurduğu yeganə qola komandamız qarşılıq verə bilməyib. Bu da 0:1 hesablı məğlubiyyətə səbəb olub.

Bordinin sözlərinə görə, komandası sonadək yaxşı müdafiə olunub: "Rəqib matçın sonlarına doğru risk etməyə başladı, çünki qol vurmaq istəyirdilər.

Belədə bizim üçün boş zonalar açıldı və əks-hücumlarda oynamağa çalışdıq. Başqa nə etməliydik? Müdafiə olunmalı idik. Bu, futboldur.

Düşünürəm ki, müdafiədə etibarlı oynadıq. Daha çox qol vura bilərdik. Bu vəziyyətdə başqa cür oynaya bilməzdik".

Millimiz hazırlıq çərçivəsində Türkiyəyə 1:2 hesabı ilə uduzub, Belarusa eyni hesabla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti