De Byazi narazı qaldı, milli üzvlərinə şikayət etdi: “AFFA məndən...”

9 İyun 2021 20:20 Milli komanda 8 501
De Byazi narazı qaldı, milli üzvlərinə şikayət etdi: “AFFA məndən...”

Millinin baş məşqçisi Canni De Byazi son 3 yoxlama oyununun nəticələrindən narazı qalıb.

Sportinfo.az-ın məlumatına görə, italiyalı mütəxəssis komanda üzvləri ilə söhbətində bu barədə danışıb.

Apenninli çalışdırıcı AFFA rəhbərliyinin ondan yalnız nəticə tələb etdiyini bildirib.

O, bu tələbin rəsmi oyunlarla yanaşı, yoldaşlıq görüşlərinə də aid olduğunu söyləyib. 65 yaşlı sükançı federasiyanın ondan nəticə istəməsi səbəbindən bəzi planlarının dəyişdiyini qeyd edib.

De Byazi buna misal kimi komandada rotasiya edə, bütün futbolçulara şans verə bilmədiyini göstərib. Yığmamız yoxlama matçlarında Türkiyəyə 1:2 dz Moldovaya 0:1 hesabıyla uduzub, Belarusa 2:1 qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il