"Azərbaycana qarşı ürəklə oynadıq, bunun sayəsində qazandıq"

7 İyun 2021 00:42 Milli komanda 1 162
"Azərbaycana qarşı ürəklə oynadıq, bunun sayəsində qazandıq"

"Oyun çox gərgin keçdi. Hər iki komanda matçın müxtəlif hissələrində oyuna nəzarət etdi".

bu fikirləri Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis məqsədlərinə çatdıqlarını bildirib:

"Azərbaycan millisinin son oyunlarını izləmişdik. Yaxşı formada olan ciddi kollektivə qarşı oynadıq. Azərbaycan millisinə isə uğurlar arzulayıram".

56 yaşlı baş məşqçi futbolçuların ürəklə oynadığını vurğulayıb: "Bunun sayəsində qələbə qazandıq. Matçın sonlarında üstünlüyümüz var idi. Çünki rəqib meydanda azlıqda qalmışdı.

Xüsusilə ilk 5 dəqiqəni çıxmaq şərtilə, birinci yarıda əla oynadıq. Komandamı təbrik edirəm. Uşaqlar qələbə qazanacaqlarını başa düşürdülər. Onlar bunu bütün azarkeşlər və ölkə üçün etdilər".

Digər Xəbərlər
Xəbər Lenti