De Byazi məğlubiyyətə "don geyindirdi": "Gücümüz az qalmışdı, keyfiyyət çatmadı"

6 İyun 2021 22:20 Milli komanda 2 171
De Byazi məğlubiyyətə "don geyindirdi": "Gücümüz az qalmışdı, keyfiyyət çatmadı"

"Səfərdə 3 yoldaşlıq matçı keçirdik. İkisində uduzub, birində qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, görüşün əvvəlində buraxılan qol planları pozub: "Standart vəziyyətdən qol buraxdıq. Amma sonadək mübarizə apardıq.

Futbolçularımız yorğun idi. Gücümüz az qalmışdı. Bu matçdan çox şey öyrənə bilərik. Bizim üçün yaxşı təcrübə oldu".

65 yaşlı baş məşqçi Belarusa qarşı yoldaşlıq görüşü ilə bugünkü qarşılaşmanı müqayisə edib:

"Belarusla matçda 6 dəyişiklik etdik. Ondan sonra oyunun keyfiyyəti qalxdı. Bu gün isə alınmadı, nəticə qazana bilmədik. Halbuki kifayət qədə epizodlarımız oldu. Keyfiyyət çatmadı. Düşünürəm ki, daha çox inkişaf etməliyik".

De Byazi oyunun sonlarında zədələnən Bədavi Hüseynovun durumuna da toxunub: "Dizində zədəsi var. Amma dəqiq bilinmir. Bir az da gözləməliyik".

Digər Xəbərlər
Xəbər Lenti