Azərbaycan millisinin Moldova ilə sabahkı qarşılaşması bəzi futbolçular üçün əlamətdar olacaq.
Sportinfo.az xəbər verir ki, 5 futbolçu Kişinyovda meydana çıxmaqla yubiley qeyd edə bilər.
Maksim Medvedev millidə 70-ci oyununu keçirmək üçün Moldova ilə görüşdə iştirak etməlidir. Onun “Qarabağ” və yığmadakı komanda yoldaşı Bədavi Hüseynov üçün növbəti matç 60-cı olacaq.
“Neftçi”nin heyətində Premyer Liqanın bombardiri olan Namiq Ələsgərov 25-ci dəfə milli forma geyinmək imkanına malikdir. Digər iki oyunçu yalnız 10-cu matçına çıxa bilər. Bunlar Vüqar Mustafayevlə Azər Salahlıdır.
Yığmanın düşərgəsindəki 30 oyunçudan ikisi isə hələ də debütünü gözləyir. Bunlar qapıçılar Mehdi Cənnətovla Aydın Bayramovdur.
|
futbolçu |
oyun |
qol |
|
Maksim Medvedev |
69 |
4 |
|
Qara Qarayev |
65 |
0 |
|
Bədavi Hüseynov |
59 |
1 |
|
Ramil Şeydayev |
37 |
7 |
|
Namiq Ələsgərov |
24 |
0 |
|
Təmkin Xəlilzadə |
23 |
3 |
|
Emin Mahmudov |
18 |
3 |
|
Anton Krivotsyuk |
17 |
0 |
|
Abbas Hüseynov |
12 |
0 |
|
Emil Balayev |
12 |
-17 |
|
Bəhlul Mustafazadə |
11 |
0 |
|
Rahil Məmmədov |
10 |
0 |
|
Azər Salahlı |
9 |
0 |
|
Vüqar Mustafayev |
9 |
0 |
|
İsmayıl İbrahimli |
7 |
0 |
|
Əli Qurbani |
6 |
0 |
|
Elvin Bədəlov |
6 |
0 |
|
Elvin Camalov |
6 |
0 |
|
Rəhim Sadıxov |
6 |
0 |
|
Anatoli Nuriyev |
4 |
0 |
|
Aleksey İsayev |
3 |
0 |
|
Elvin Cəfərquliyev |
3 |
0 |
|
Şəhriyar Əliyev |
2 |
0 |
|
Toral Bayramov |
2 |
0 |
|
Hoccət Haqqverdi |
1 |
0 |
|
Murad Xaçayev |
1 |
0 |
|
Rüstəm Əhmədzadə |
1 |
0 |
|
Sərtan Taşkın |
1 |
0 |
|
Aydın Bayramov |
0 |
0 |
|
Mehdi Cənnətov |
0 |
0 |

