“Millinin qapısı hər kəsin üzünə açıq olduğu kimi, hər zaman bağlana da bilər”

6 İyun 2021 18:00 Milli komanda 762
“Millinin qapısı hər kəsin üzünə açıq olduğu kimi, hər zaman bağlana da bilər”

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığmamız ötən ay başlanan təlim-məşq toplanışı çərçivəsində sonuncu sınağına çıxacaq.

Canni de Byazinin komandası Moldovada meydan sahibləri ilə üz-üzə gələcək. Kişinyovdakı qarşılaşma italiyalı məşqçilərin dueli kimi diqqət çəkir.

De Byazinin başçılıq etdiyi milli vaxtilə ölkəmizdə “Neftçi”ni çalışdıran həmyerlisi Roberto Bordinin komandası ilə üz-üzə gələcək.

Son 4 görüşdə meydanı qolsuz tərk etməyən milli uğurlu seriyanın davamına köklənib. Millimiz həm də ardıcıl ikinci qələbə qazanmaq niyyətindədir.

Millimiz hazırlıq çərçivəsində Türkiyəyə 1:2 hesabı ilə uduzub, Belarusa eyni hesabla qalib gəlib.

De Byazi bildirib ki, bütün oyunlar çətin keçir: "Hamısına eyni ciddiliklə hazırlaşırıq. Rəqibi analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Son oyunumuzdur, bundan sonra istirahətə gedəcəyik. Yaxşı oyun göstərmək istəyirik".

İtaliyalı mütəxəssis bu qarşılaşmada da əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Komandanın inkişafı üçün eyni oyunçuların birlikdə oynaması daha faydalıdır.

Sabah da eyni şey olacaq. Yeni komandayıq. Millinin qapısı hər kəsin üzünə açıq olduğu kimi, hər zaman bağlana da bilər. Hamı əlindən gələni etməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"