“Neftçi“nin “ürək adam“ı De Byaziyə niyə təşəkkür etdi?

6 İyun 2021 13:40 Milli komanda 1 168
“Neftçi“nin “ürək adam“ı De Byaziyə niyə təşəkkür etdi?

“Çətin mövsüm keçirdik, futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu“.

Sportinfo.az xəbər verir ki, bu fikirləri millimizin yarımmüdafiəçisi Namiq Ələskərov açıqlayıb.

Bu gün Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışan vinger müsbət nəticəyə inandığını söyləyib.

Premyer Liqada vurduğu 19 qolla bombardir ünvanını qazanan “Neftçi“li onu milliyə çağıran Canni De Byaziyə təşəkkürünü çatdırıb:

“Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk.

Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır.

Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq.

Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçi Canni De Byaziyə təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!