"Sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq"

6 İyun 2021 11:20 Milli komanda 1 133
"Sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq"

“Komandada çox gözəl ab-hava var“.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının müdafiəçisi Abbas Hüseynov dilə gətirib.

O, bu güe Moldova yığmasına qarşı keçiriləcək yoxlama oyunundan danışıb

“Baş məşqçinin tapşırıqlarına əsasən təlim-məşq toplanışımız davam edir. Təcrübəli çalışdırıcıdır. Onun bizdən tələb etdiyini meydanda icra etməyə çalışırıq.

Artıq iki oyun keçirmişik. Ayrı-ayrılıqda dəyərləndirsək, Türkiyəyə qarşı çox yaxşı oynadıq. Hətta ən yaxşı oyunlarımızdan biri olduğunu qeyd edə bilərəm.

Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Belarusla oyunda sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq. Sevindirici haldır ki, ikinci oyunda qələbə qazandıq.

Moldova ilə oyuna da eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirsək, inanıram ki, bu oyundan da qalib ayrılacağıq.

Bu cür qələbələr komandada qələbə ruhunu artırır. Qalib gəlmək futbolçunun özünəinam hissini artırması baxımından önəmlidir.

Ümumiyyətlə, bu yoldaşlıq oyunları millinin seçmə mərhələdəki oyunlarına müsbət mənada öz təsirini göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!