"Əlimdən gələni etməyə hazıram ki, millidə qalıcı olum"

5 İyun 2021 23:40 Milli komanda 741
"Əlimdən gələni etməyə hazıram ki, millidə qalıcı olum"

"Sabah bizi çətin oyun gözləyir. Moldova yığması yaxşı komandadır. Biz də görüşə ciddi hazırlaşmışıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Azər Salahlı Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

"Keşlə"də çıxış edən müdafiəçi bildirib ki, baş məşqçi Canni De Byazi bu rəqibə qarşı necə oynamalı olduqlarını onlara izah edib:

"Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir. Çünki öz gücümüzü görürük. Sabah qalib gəlib, xalqımızı sevindirmək istəyirik".

Salahlı millidə uzun müddət qalmaq üçün əlindən gələni edəcəyini vurğulayıb:

"Sonradan milliyə dəvət aldım. De Byazinin gəlişindən sonra yığmada debüt etdim. Əlimdən gələni etməyə hazıram ki, burada qalıcı olum".

İyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti