Canni De Byazi: "Biz artıq inkişafdayıq, daha az qol buraxırıq"

5 İyun 2021 23:20 Milli komanda 755
Canni De Byazi: "Biz artıq inkişafdayıq, daha az qol buraxırıq"

"Artıq 2 oyun oynamışıq. Sabah təşkilatlanmış komandaya qarşı mübarizə aparacağıq.

Çox diqqətli olmalıyıq. Bizi ağır oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Belarusla matçdan fərqli bu dəfə bütün 90 dəqiqəni eyni səviyyədə keçirmək istədiklərini bildirib: "Amma mövsümün sonudur. Bu amil öz sözünü deyir.

Belarusa qarşı ilk hissədə də yaxşı oynadıq. Sadəcə, 1-2 epizodda səhvə yol verdik ki, bu da qolla nəticələndi. Buna baxmayaraq, komandam meydanda 90+5-ci dəqiqəyədək mübarizə apardı".

65 yaşlı baş məşqçinin sözlərinə görə, Moldovanın Türkiyə ilə oyununu izləyib: "Yaxşı komandadır. Roberto Bordin isə əla məşqçidir.

Komandasını çox yaxşı hazırlayır. Son anadək mübarizə apardılar. Biz isə artıq inkişafdayıq. Daha az qol buraxırıq. Komanda getdikcə öz oyununu tapmağa başlayır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"