De Byazi anons etdi - Digər legionerlər də Azərbaycan yığmasına çağırılacaq

5 İyun 2021 21:00 Milli komanda 1 931
De Byazi anons etdi - Digər legionerlər də Azərbaycan yığmasına çağırılacaq

"Pandemiya və başqa səbəblərdən yaranan çətinliklərə görə qərar verdik ki, əsas yerli çempionatda çıxış edənləri milliyə çağıraq”.

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın baş məşqçisi Canni De Byaziyə aiddir.

İtaliyalı mütəxəssis Azərbaycanın digər legioner oyunçularının komandaya dəvət ala biləcəyini istisna etməyib:

“Ölkə xaricindən dəvət olunan yalnız Anatoli Nuriyev idi. Amma gələcəkdə hər kəs komandada yer ala bilər. Futbolçular əmin olmalıdır ki, onların yığmaya köməyi dəyəcək".

Digər Xəbərlər
Xəbər Lenti