"Bordin Azərbaycan yığmasının zəif tərəflərini bizə göstərəcək"

5 İyun 2021 17:20 Milli komanda 1 280
"Bordin Azərbaycan yığmasının zəif tərəflərini bizə göstərəcək"

Qarşılaşma psixoloji baxımdan bizim üçün vacibdir. Yaxşı nəticəyə ehtiyacımız var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Moldova millisinin futbolçusu Vadim Ratse Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Roberto Bordin bu gün rəqibi onlar üçün analiz edəcək:

"Azərbaycan yığmasının güclü və zəif tərəflərini öyrənəcəyik. Ümid edirik ki, müsbət nəticə qazanacağıq. Həqiqətən də bunu çox istəyirik.

Ratse qarşılaşmanın azarkeşlərlə keçirilməsinə də toxunub: "Fanatlardan ötrü darıxmışıq. Onlar tribunalarda əyləşəndə daha asan olur. Çünki azarkeşlər bizi hər zaman qələbəyə səsləyirlər. Bunun üçün onlara minnətdarıq".

İyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı