“Bu, əvvəl bizdə alınmışdı, artıq daha çox öyrənmişik“

4 İyun 2021 17:00 Milli komanda 679
“Bu, əvvəl bizdə alınmışdı, artıq daha çox öyrənmişik“

“Əvvəlki seçmə mərhələdə İsveçrə və Fransa ilə mübarizə apararkən, bu, bizdə alınmışdı. Artıq daha çox öyrənmişik“.

Sportinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı çalışdırıcı geridə qalan Avropa çempionatının (2021) seçmə mərhələsində bir çox komponentlərdə uğurlu olduqlarını düşünür.

İkinci qrupda yer alan yığmamız tsikli 5-ci pillədə bitirib. Obradoviçin yetirmələri yalnız Lixtenşteyni qabaqlaya bilib. Müxtəlif ölkələrdən cəlb olunan legioner hesabına toplanan komanda «cırtdanlar»ı arxada qoymaqdan başqa heç nə ilə fərqlənməyib:

"Hətta fransızlarla görüşdə topa rəqibdən daha çox sahib olurduq. Halbuki Fransanın gənclər yığmasındakı oyunçuların ümumi dəyəri 400-500 milyon avrodan çoxdur.

Onların çoxu böyük çempionatlarda - İspaniyanın “Sevilya”, Almaniyanın “Borussiya” (Dortmund), “Leypsiq”, İngiltərənin “Arsenal” klubunda çıxış edir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"