"Böyük səhv etdik, bu isə bizə baha-başa gəldi"

4 İyun 2021 14:00 Milli komanda 2 345
"Böyük səhv etdik, bu isə bizə baha-başa gəldi"

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin arxada qalan ilk 3 turunu dəyərləndirib.

A qrupunda yer alan millimiz Portuqaliyaya 0:1, Qətər və Serbiyaya isə 1:2 hesabıyla uduzub.

Bununla belə, italiyalı mütəxəssis martda keçirilən 3 görüş haqda müsbət danışıb: "Oyunlarımız pis alınmadı. Portuqaliyaya qarşı ikinci hissədə yaxşı oyun göstərə bildik.

Baxmayaraq ki, çox güclü rəqibə qarşı oynadıq. Serbiya isə oyunda isə böyük səhv etdik. Bu isə bizə baha-başa gəldi. Qətərlə yoldaşlıq görüşündə isə yeni futbolçulara şans verdik.

İlk yarıda yaxşı təsir bağışladıq. İkinci hissədə isə fiziki baxımdan güclü komandaya qarşı oynadığımız üçün bir az çatdıra bilmədik və məğlub olduq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti