De Byazi millini "yola verir"

3 İyun 2021 23:40 Milli komanda 122 724
De Byazi millini "yola verir"

Azərbaycan millisi qələbə həsrətinə son qoyub.

Sportinfo.az xəbər verir ki, yoldaşlıq oyununda Belarusa 2:1 hesabı ilə qalib gələn yığmamız 267 günlük seriyaya son qoyub.

Canni de Byazinin yetirmələri sonuncu dəfə ötən il sentyabrın 8-də səfərdə Kipri məğlub etmişdi. 1:0 hesablı qələbədən sonra milli azarkeşləri təxminən 9 ay həsrət yaşayıb.

Bu müddətdə 9 görüşə çıxan komanda 4 heç-heçə edib və 5 dəfə uduzub. Ötən il Millətlər Liqasında Monteneqroya (0:2) məğlub olan yığma Kipr, Monteneqro, Lüksemburq, yoldaşlıq görüşündə Sloveniya (hamısı 0:0) ilə heç-heçə oynayıb.

Bu il isə De Byazinin yetirmələri DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya (0:1) və Serbiyaya yoxlama oyunlarında isə Qətər və Türkiyəyə (hamısı 1:2) hesabı ilə yenilib.

Bu, həm də millinin Belarus üzərində ilk qələbəsi olub. Əvvəlki üç qarşılaşmada 1 heç-heçə (2:2) və iki məğlubiyyəti (hər ikisi 0:1) olan komandamız 4-cü cəhddən rəqibini üstələyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti