Qurban Qurbanovun arxasınca düşüb – 7-dən 7-yə

3 İyun 2021 20:40 Milli komanda 2 355
Qurban Qurbanovun arxasınca düşüb – 7-dən 7-yə

Azərbaycan millisinin forvardı Ramil Şeydayev yığmada 7-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki “Sabah”ın hücumçusu milli tarixinə bunu bacaran 7-ci oyunçu olub.

“Top-7”yə düşən forvard rekordu yarılayıb. Millinin ən yaxşı qolçusu Qurban Qurbanov 14 top vurub.

Şeydayev bunun yarısı qədər fərqlənən Elvin Məmmədov, Branimir Subaşiç və Rauf Əliyevə çatıb. Lakin sonuncu iki hücumçu daha çox matç keçirib. Ramil isə Elvinlə eyni sayda oyuna çıxıb.

Onlar 4-cü yerə şərikdir. Qurbanovla yanaşı, Vaqif Cavadovla Dmitri Nazarov da daha çox fərqlənib.

1. Qurban Qurbanov – 14 (68)
2. Vaqif Cavadov – 9 (58)
3. Dmitri Nazarov – 8 (43)
4-5. Ramil Şeydayev – 7 (37)
4-5. Elvin Məmmədov – 7 (37)
6. Branimir Subaşiç – 7 (40)
7. Rauf Əliyev – 7 (47)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti