De Byazi niyə sevinirdi? – Və ya oyundan əvvəl gələn zəngin sirri

3 İyun 2021 13:00 Milli komanda 1 978
De Byazi niyə sevinirdi? – Və ya oyundan əvvəl gələn zəngin sirri

Azərbaycan yığması yoxlama görüşündə Belarusa 2:1 hesabıyla qalib gəldi.

Qarşılaşmadan sonra məşqçilər heyətinin və futbolçuların adi yoxlama oyununda qazanılan qələbəni böyük çılğınlıqla qeyd etməsi hər kəsdə təəccüb yaratdı.

Özü də belaruslular meydana optimal heyətlə çıxmamışdı, əsasən gənclərə şans verilmişdi. Buna baxmayaraq, Azərbaycan yığmasının düşərgəsindəkilər elə sevinirdilər ki, sanki Avropa çempionu olublar.

Bəs futbolçuları, məşqçilər heyətini adi yoxlama oyununda belə sevinməyə nə vadar edib.

Sportinfo.az-a bununla bağlı məlumat daxil olub. AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, bu sevincə səbəb puldur. Yəni, Belarusla oyuna görə ayrılan mükafat.

Məsələ ondadır ki, AFFA Belarusla oyunda qazanılacaq qələbəyə üçün əvvəlcə cəmisi 5 min manat mükafat vəd edib. Bu məbləğ də yığmanın düşərgəsində olanları qane etməyib.

Ona görə də oyundan əvvəl məşqçilər korpusunun da, futbolçuların da əhvalı yerində olmayıb.

Ancaq qarşılaşmanın başlamasına az qalmış AFFA rəhbərlərindən biri De Byaziyə zəng edərək Belarusla oyunda qazanılacaq qələbəyə görə 20 min manat mükafat veriləcəyini bildirib.

Bundan sonra hər kəsin əhvalı düzəlib. Qarşılaşmadan sonrakı sevinc göstəricisi də bu mükafata görə olub. AFFA-nın isə fikrini dəyişərək adi bir yoxlama oyunu üçün bu qədər mükafat verməsinin səbəbi isə hələ məlum deyil.

Bu göstərişi kim verib? Məbləğ hansı əsasla birdən-birə qaldırılıb? Bununla bağlı araşdırmalarımız davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti