“Heç vaxt işimdən razı ola bilmərəm.
İnanıram ki, futbolçular lazımsız səhvləri aradan qaldıraraq, oyunlarını artıracaqlar. Bunu etsək, daha yaxşı oynayacağıq”.
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.
Ukrayna mətbuatına müsahibə verən serbiyalı mütəxəssis yığmamızın inkişafda olduğunu söyləyib:
“Hər zaman bir həll yolu axtarıram. Azərbaycanın gənclər yığmasında müəyyən irəliləyiş var, daha yaxşı oynaya bilərik.
Sentyabrda yeni seçmə mərhələ başlayır. Oyunçularımın inkişafı üçün hər şeyi etməyə çalışıram. Topu daha çox saxlayırlar, hücum futbolu sərgiləyirlər”.

