Azərbaycan bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşıb.
Minskdəki “Dinamo” stadionunda keçirilən oyunda ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə meydan sahibləri hesabı açsa da, millimiz matçda geridönüş edə bilib.
Bədavi Hüseynov və Ramil Şeydayevin vurduğu qollar yığmamıza 2:1 hesablı qələbə qazandırıb.
Belarus – Azərbaycan 1:2
Qollar: M.Skaviş, 56 - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1
Bədavi Hüseynovun bərabərlik qolu
Ramil Şeydayevin 90+1-ci dəqiqədə vurduğu qol

