"Bu futbolçular bizim gələcəyimizdir" - De Byazi

2 İyun 2021 22:30 Milli komanda 1 701
"Bu futbolçular bizim gələcəyimizdir" - De Byazi

"Nəticədən razı, etdiyimiz səhvlərdən narazı qaldım. Xüsusilə buraxdığımız qol zamanı yol verdiyimiz səhv məni bir az əsəbiləşdirdi. Qapıya xeyli sayda zərbə endirsək də, cəmi üçü dəqiq oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Minskdə Belarus yığmasına 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

Bədavi Hüseynovun millidə ilk qolunu vurmasına toxunan italiyalı mütəxəssis 3 gün öncə ona artıq fərqlənməyin vaxtı çatdığını söylədiyini bildirib: "Futbolda hərşey mümkündür, əsas inanmaqdır. Debüt edən futbolçulara gəlincə, onların çıxışından razı qaldım. Bu futbolçular bizim gələcəyimizdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti