"Bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyik"

2 İyun 2021 11:20 Milli komanda 948
"Bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyik"

Azərbaycan millisinin hücumçusu Əli Qurbani bu gün Belarusa qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Belarus millisi yaxşı komandadır. Türkiyə ilə oyunda uduzsaq da, yaxşı oynadığımızı düşünürəm. Fərqlənmək üçün şanslarımız oldu, sadəcə, son anda dəqiq ola bilmədik.

Bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. Hazırda Belarus çempionatı davam edir. Bu amil onlar üçün üstünlük ola bilər.

Amma biz də mövsüm ərzində 4 gündən bir futbol oynamışıq. Hazır formada olduğumuzu düşünürəm. Hər hansı yorğunluqdan söhbət gedə bilməz.

Yaxşı nəticə əldə etmək üçün bacarığımızı ortaya qoymalıyıq. Xüsusən, güclü komandalarla – Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu nümayiş etdirmişik. Yaratdığımız fürsətləri dəyərləndirə bilsək, komandanın özünəinamı artacaq”.

İyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti