“Milli üçün həmişə əlimdən gələnin maksimumunu etməyə çalışmışam“.
Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov Belarusa qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışıb.
Yarımmüdafiəçi komanda üzvlərinin daha çox öz oyununu düşünməli olduğunu qeyd edib:
“Hər oyun fərqli olur. Türkiyə daha çox hücum futbolu oynayır. Belarus isə gənc komandadır. Təbii ki, daha istəkli olacaqlar.
Hamısı özünü göstərməyə çalışacaq. Əsas öz oyunumuzdur. Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq.
Dediyim kimi, yenə də diqqətli olmalıyıq. Çünki həmin oyunda yaxşı oynaya-oynaya standart vəziyyətdən iki top buraxdıq. Əlimizdən gələni edəcəyik ki, nəticə əldə edək.
Əlbəttə, bunu yaxşı oyunla icra etmək istəyirik. Misal üçün, Türkiyə ilə oynadığımız futbolu oynasaq, nəticə qazana bilərik. Komanda olaraq Belarusun oyunlarını izləmişik.
Baş məşqçi necə oynamaq lazım olduğunu izah edib. Mövsüm yeni başa çatıb və oyuna tam hazırıq. Son oyunda nümayiş etdirdiyimiz futbolu davam etdirə bilsək, nəticə qazanacağıq”.

