Canni De Byazi: "Əminəm ki, doğru yoldayıq və inkişaf edirik"

1 İyun 2021 23:46 Milli komanda 1 544
Canni De Byazi: "Əminəm ki, doğru yoldayıq və inkişaf edirik"

"Rəqib baş məşqçiyə bizim haqqımızda söylədiyi ifadələrə görə təşəkkür edirəm.

Oyunlarda nəticə qazananda buna daha çox sevinirəm.

DÇ-2022-nin seçmə mərhələsində və Türkiyəyə qarşı yoldaşlıq oyununda pis çıxış etmədik. Nəticə qazanmaq üçün nəsə çatmırdı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belarus yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmalarda daha diqqətli olmalıdırlar: "Əminəm ki, doğru yoldayıq və inkişaf edirik.

Sabah üz-üzə gələcəyimiz Belarus yığmasının yeni baş məşqçisi var. Onlar gənc kollektivdir. Sonuncu oyunda Belçikaya böyük hesabla uduzublar.

Hansı ki, həmin komanda FIFA reytinqində ilk sıradadır. Belarus yığmasında yaxşı və keyfiyyətli futbolçular var. Onlar da FIFA reytinqində bizdən təxminən 40 pillə öndədirlər".

İyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti