"Azərbaycanda 4 il birlikdə oynadığım uşaqları görmək xoş olacaq".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Keşlə"nin və Moldova yığmasının qapıçısı Stanislav Namaşkoya aiddir.
O, Azərbaycan millisi ilə iyunun 6-da Kişinyovda keçirəcəkləri yoldaşlıq oyununa toxunub: "Bəziləri ilə komanda yoldaşı, bəziləri ilə rəqib olmuşam.
"Keşlə"dən milliyə dəvət alan Şəhriyar Əliyev və Azər Salahlı ilə danışmışam. Onlarla Kişinyovda görüşəcəyik".

