21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.
Sportinffo.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın U-21 yığması ilə qarşılaşıb.
Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.
Azərbaycan yığması turnir çərçivəsində bu gün Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.
Ukrayna – Azərbaycan 0:1
Qol: Musa Qurbanlı, 17.

