Ramil Şeydayev Türkiyə ilə oyunda nəyə ümid edir?

27 May 2021 10:40 Milli komanda 954
Ramil Şeydayev Türkiyə ilə oyunda nəyə ümid edir?

“Hamı bilir ki, Türkiyə güclü rəqibdir. DÇ-nin seçmə mərhələsində əldə etdikləri nəticələr hər şeyi deyir".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Türkiyə ilə bu gün keçiriləcək yoldaşlıq görüşü haqda danışarkən deyib.

25 yaşlı hücumçu AFFA-nın saytına açıqlamasında güclü rəqibə qarşı yaxşı oyun nümayiş etdirəcəklərini bildirib:

"Onlar Avropa çempionatına hazırlaşırlar. Məncə, oyun çox maraqlı alınacaq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Komanda olaraq bu oyun hazırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti