"Hər matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin çalışdırıcısı Canni De Byaziyə məxsusdur.
Azərbaycan mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
İtaliyalı mütəxəssis qarşıdakı 3 yoldaşlıq oyunu ilə bağlı hədəflərini açıqlayıb:
“Bizim üçün önəmli qarşılaşmalardır. Hər bir futbolçunun hazırkı durumunu görməliyik. Onları seçmə mərhələ oyunlarına hazırlamaq lazımdır".

