Canni De Byazi: "Türkiyəyə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik"

26 May 2021 14:00 Milli komanda 806
Canni De Byazi: "Türkiyəyə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik"

"Əvvəlcə bu iki qardaş ölkənin oyunu üçün burada olduğum üçün sevinirəm.

Türkiyə uğurlu çıxış edərək, Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Türkiyə ilə yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis güclü komanda ilə qarşılşacaqlarını bildirib: "Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Bu amil qarşı tərəfin də xeyrinə olacaq".

Mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti