Azərbaycan millisinin Bakıda keçirilən hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmanın və "Neftçi"nin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı paytaxtdakı məşqlərdə iştirak edəcək.
O, "Neftçi"dən əsas milliyə dəvət alan sayca 4-cü oyunçudur.
Canni De Byazi daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Namik Ələskərov yığmaya çağırıb.
Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

